"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti “Batumoba 2019” - da iştirak edib

--2019-04-30 / 18:11

 27-29 Aprel 2019-cu il tarixləri arasında Gürcüstanın Batumi şəhərində “Batumoba 2019” adı altında şəhər günləri keçirilib. şəhər Bələdiyyəsinin təşkil etdiyi tədbir Batumininin 131 illiyinə həsr olunub. Tədbirdə Gəncə şəhər icra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı Xanlar Fətiyev, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyinin rəisi ilham Quliyev, Gəncə şəhər Gənclər və idman Baş idarəsinin rəisi Müşfiq Cəfərov, eləcə də Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov və Batumi şəhərindəki Baş konsulu Pərviz ismayılzadə iştirak ediblər.

 “Batumoba 2019”-nun açılış mərasimində çıxış edən Gəncə şəhər icra Hakimiyyətinin başçısı Niyazi Bayramov Batumi şəhərinin sakinlərini bayram münasibətilə təbrik edib, 2019-cu ilin hər iki şəhər üçün əhəmiyyətli bir il olduğunu vurğulayıb. O bildirib ki, bu il Gəncə və Batumi Avropanın idman şəhəri titulunu daşıyırlar. Bu Qafqazda bir ilkdir. O həmçinin, hər iki ölkənin qədim və yaxın tarixindən, Ümummilli Lider Heydər əliyevin söylədiyi faktlardan söz açıb, Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin dediyi fikirlərə istinad edərək, Azərbaycan və Gürcüstanın strateji tərəfdaş olmasından danışıb. Niyazi Bayramov qeyd edib ki, Azərbaycanla Gürcüstanı sadəcə iqtisadi deyil, həm də mədəni, təhsil, turizm layihələri birləşdirir.

 Tədbirdə iştirak edən şəhərlərin merləri və vitse-merləri arasında fikir mübadiləsi aparılıb.

 Rəsmi hissə başa çatdıqdan sonra şəhər gəzintisi baş tutub. Batumi şəhərinin sakinləri və qonaqları Batumi bulvarında müxtəlif növ incəsənət, mədəniyyət, idman və turizm imkanlarını artıran investisiya layihələri ilə tanış olublar. Gürcüstanın populyar müğənnilərinin iştirakı ilə təşkil edilən konsert proqramı atəşfəşanlıqla başa çatıb.

 Qeyd edək ki, 28 Aprel 2019-cu il tarixdə baş tutan rəsmi açılış mərasimində Acariya Muxtar Respublikasının sədri cənab Tornike Rişvadze, Batumi şəhərinin meri cənab Laşa Komaxidze, Avropa idman şəhərləri və Paytaxtları Federasiyasının prezidenti cənab Cian Françesko Lupatelli və 14 şəhərin mer və vitse merləri, şəhərləri təmsil edən ölkələrin səfirləri və baş konsulları iştirak edib. Batumilə qardaşlaşmış şəhərləri təmsil edən qonaqlar sırasına Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin meri, Misirin şarm el-şeyx vilayətinin qubernatoru, Türkiyənin Quşadası şəhərinin meri, israilin Netanya şəhərinin vitse meri və digərləri daxil olub.

 Gəncə şiH 

         

 

ŞƏRHLƏR